AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir... 17 oktyabr 2021-ci il


15 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidməti Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin Liman bölməsində “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda təlim keçirib. 16 oktyabr 2021-ci il


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 16 oktyabr 2021-ci il


Füzuli rayonunun Kərimbəyli kəndində "Daewoo" markalı sərnişin avtobusunun idarəetmə lövhəsi və salon hissəsi yanıb...


Lənkəran şəhərində ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları...


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonu, Zərdabi qəsəbəsində “ВАЗ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb...

Ümumi məlumat


Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2006-cı il tarixli, 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi haqqında Əsasnamə”yə əsasən, Agentlik ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini təmin edir və həmin sahədə dövlət nəzarətini həyata keçirir;

 

Təhlükəsizlik

Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak edir;

İnkişaf

Agentliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir;

Normativ tənzimləmə

Agentlik qanunvericiliklə onun səlahiyyətlərinə aid olan digər istiqamətlərdə də fəaliyyət göstərir.

Qanunvericilik


Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın və “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Qərarı

  • 15 may 2017-ci il

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə Qərarı

  • 10 mart 2017-ci il

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələblər”in təsdiq edilməsi haqqında Qərarı

  • 10 fevral 2017-ci il

Azərbaycan Respublikasının Nazirlər Kabineti "Təhlükə potensiallı və dövlət əhəmiyyətli tikinti obyektlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Qərar

  • 30 dekabr 2016-cı il

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsi barədə Qərarı

  • 18 dekabr 2015-ci il

"Tikinti obyektlərinin sökülməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

  • 22 may 2015-ci il

"Tikinti işlərinin dayandırılması Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

  • 22 may 2015-ci il

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarı

  • 23 fevral 2015-ci il

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarı

  • 03 fevral 2015-ci il

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahıs”nın təsdiq edilməsi haqqında Qərarı

  • 12 yanvar 2015-ci il

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarı

  • 12 yanvar 2015-ci il

"Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

  • 17 noyabr 2014-cü il

"Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

  • 17 noyabr 2014-cü il

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarı

  • 14 may 2014-cü il

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyalarının, habelə sınaq laboratoriyalarının akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi barədə Qərarı

  • 14 aprel 2014-cü il

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Qərarı

  • 11 mart 2014-cü il

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

  • 04 sentyabr 2012-ci il

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

  • 29 iyun 2012-ci il

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunu

  • 29 iyun 2012-ci il

Rəhbərlik haqqında məlumat


Cəbrayıl Eldar oğlu Xanlarov

Azərbaycan Respublikası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi.

03.11.1972-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
Ailəlidir. 3 övladı var.

Elxan Xəlil oğlu Əsədov

Azərbaycan Respublikası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini.

01.06.1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.
Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
Ailəlidir. 2 övladı var.

Rzayeva Zenfira Süleyman qızı

Azərbaycan Respublikası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini.

20.07.1959-cu ildə Gəncə şəhərində anadan olub.
Azərbaycan Dövlət Universitetini bitirib.
Subay.