AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

21 dekabr 2023-cü il saat 08:05-dək:

Bakı şəhəri, Nəsimi rayonunda bir-birinə bitişik, ümumi sahəsi 80 m² olan müxtəlif təyinatlı obyektlərin yanar konstruksiyaları 3 m² sahədə yanıb.

21 dekabr 2023-cü il saat 08:00-dək:

Ağcabədi rayonunda ümumi sahəsi 150 m² olan quşçuluq sexinin dam örtüyünün taxta atmaları 100 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

21 dekabr 2023-cü il saat 07:55-dək:

Bakı şəhərinin Yasamal rayonunda “Fiat” markalı minik avtomobilinin yanar konstruksiyaları, “Mercedes” markalı minik avtomobilinin arxa hissəsi və işıqlandırma cihazları əriyib.

21 dekabr 2023-cü il saat 07:50-dək:

Zaqatala rayonunun Bazar kəndində ümumi sahəsi 200 m² olan tövlənin dam örtüyünün taxta atmaları və damına yığılan 5 ton ot bağlamasının 4 tonu yanıb. 

20 dekabr 2023-cü il saat 20:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

20 dekabr 2023-cü il saat 18:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

20 dekabr 2023-cü il saat 18:00-dək:

Lənkəran rayonunun Velədi kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

20 dekabr 2023-cü il saat 17:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

20 dekabr 2023-cü il saat 14:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonunun Birinci Udullu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar...

20 dekabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində 2 halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr