AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

24 dekabr 2023-cü il saat 15:30-dək:

Ağstafa rayonunda ümumi sahəsi 44 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 9 ton ot bağlamasının 4 tonu yanıb.

24 dekabr 2023-cü il saat 14:15-dək:

Abşeron rayonunun Məmmədli kəndində həyətyanı sahədə yığılan taxta tullantıları 50 m² sahədə yanıb. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

24 dekabr 2023-cü il saat 14:00-dək:

Abşeron rayonunun Saray qəsəbəsində ümumi sahəsi 28 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları, içərisində 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan yanıb...

24 dekabr 2023-cü il saat 12:50-dək:

Xızı rayonunda “Lada” və “Opel” markalı minik avtomobillərinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

24 dekabr 2023-cü il saat 12:45-dək:

Abşeron rayonunun Saray qəsəbəsində 3 ha sahədə qamışlıq yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

24 dekabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

24 dekabr 2023-cü il saat 02:10-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 2 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

24 dekabr 2023-cü il saat 02:05-dək:

Ağdam rayonunun İkinci Dördyol qəsəbəsində ümumi sahəsi 25 m² olan talvarın taxta atmaları 10 m² sahədə və qismən 1 ədəd generator yanıb. Talvarın qalan hissəsi...

24 dekabr 2023-cü il saat 02:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 100 m² olan taxta sexinin içərsində taxta materialları 30 m² sahədə yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

24 dekabr 2023-cü il saat 01:50-dək:

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd qaz sobası və 2 p.m mebel yanıb.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr