Ağcabədi rayonunun Muğanlı kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 6 otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.
Bakı şəhərinin Nizami rayonunda avtosisternin qoşquşunun (içərisi boş) yanar hissələri və ətrafında 5 m² sahədə qamışlıq sahə yanıb. Avtosisternin qalan hissəsi və yaxınlıqda olan yük avtomobili yanğından mühafizə olunub.
Bakı şəhərinin Binəqədi rayonunda Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq ərazidə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub...
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...