AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

01 avqust 2022-ci il saat 18:00-dək:

Ağcabədi rayonunun Muğanlı kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 6 otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.

01 avqust 2022-ci il saat 16:30-dək:

Bakı şəhərinin Nizami rayonunda avtosisternin qoşquşunun (içərisi boş) yanar hissələri və ətrafında 5 m² sahədə qamışlıq sahə yanıb. Avtosisternin qalan hissəsi və yaxınlıqda olan yük avtomobili yanğından mühafizə olunub. 

01 avqust 2022-ci il saat 14:45-dək:

Cəlilabad rayonunun Hasıllı kəndində həyətyanı sahədə yığılan 6 ton ot bağlamasının 1 tonu yanıb.

01 avqust 2022-ci il saat 13:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər azyaşlı...

01 avqust 2022-ci il saat 11:35-dək:

Bakı şəhərinin Binəqədi rayonunda Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq ərazidə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

01 avqust 2022-ci il saat 10:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Binəqədi rayonunda Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

01 avqust 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub...

01 avqust 2022-ci il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr