Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub.
Ağcabədi rayonunun Salmanbəyli kəndində ümumi sahəsi 36 m² olan talvarın yanar konstruksiyaları 20 m² sahədə və altına yığılan 24 ton ot bağlamasının 10 tonu yanıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 10 m² sahədə yanıb.