Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub.
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 16 m² olan dəmir konstruksiyadan ibarət vaqon tipli tikilinin şüşə-pambıq və taxta üzlüyü, yaxınlığına yığılan taxta tullantıları 4 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.