AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

03 sentyabr 2019-cu il saat 08:30-dək:

Tərtər rayonunda ümumi sahəsi 32 m² olan talvarın yanar konstruksiyaları yanıb, yüksək temperaturdan bitişik evin qapısı qarsalanıb.

03 sentyabr 2019-cu il saat 07:30-dək:

Ucar rayonunda ümumi sahəsi 90 m² olan 2 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və dam örtüyü 35 m² sahədə yanıb.

03 sentyabr 2019-cu il saat 01:30-dək:

Astara rayonunun Şahağac kəndində istifadəyə yararsız 2 ədəd qoşqunun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

02 sentyabr 2019-cu il saat 23:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

02 sentyabr 2019-cu il saat 22:00-dək:

Şəmkir rayonunda ümumi sahəsi 120 m² olan köməkçi tikilinin içərisində 8 ton ot bağlamasının 4 tonu yanıb.

02 sentyabr 2019-cu il saat 19:30-dək:

Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli binanın xarici divarına quraşdırılan 1 ədəd qaz sayğacı və elektrik kabeli, kommunikasiya xətləri 8 p.m yanıb.

02 sentyabr 2019-cu il saat 18:00-dək:

Bərdə rayonunun Ərəblər kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsində yerləşən qarajın taxtadan ibarət tavanı 10 m² sahədə yanıb.

02 sentyabr 2019-cu il saat 16:45-dək:

Tovuz rayonunun Köhnəqala kəndində ümumi sahəsi 12 m² olan dəmir konstruksiyalardan ibarət köşkün taxta üzlüyü və içərisində olan ev əşyaları yanıb.

02 sentyabr 2019-cu il saat 16:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfər xəstə qadını mənzilinə qaldırılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

02 sentyabr 2019-cu il saat 11:45-dək:

Lənkəran şəhərinin Mamusta kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və damına yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr