AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

28 noyabr 2019-cu il saat 18:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, İmişli rayonunun Şahverdilər kəndində "Renault" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

28 noyabr 2019-cu il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib...

28 noyabr 2019-cu il saat 16:45-dək:

Şəki şəhərində ümumi sahəsi 1000 m2 olan, bir dam altında tikilən obyektlərdən sahəsi 60 m2 olan çörəkbişirmə sexində yanğınla nəticələnən partlayış baş verib. 

28 noyabr 2019-cu il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

28 noyabr 2019-cu il saat 10:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda yük avtomobilinin banında, armatur bağlamasının altında sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitinin çıxarılması üçün müraciət daxil olub...

28 noyabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.

28 noyabr 2019-cu il saat 08:30-dək:

Ağcabədi rayonunun Hindarx qəsəbəsində ümumi sahəsi 50 m² olan talvarın altına yığılan 40 ton ot bağlamasının 20 tonu yanıb.

28 noyabr 2019-cu il saat 00:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda bazar ərazisində ümumi sahəsi 20 m² olan anbarın və hər birinin sahəsi 40 m² olan müxtəlif təyinatlı 2 mağazanın yanar konstruksiyaları yanıb.

27 noyabr 2019-cu il saat 23:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

27 noyabr 2019-cu il saat 23:00-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 60 m² olan avtomobil təmiri sexinin lambirindən ibarət üzlüyü 10 m² sahədə yanıb.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr