AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

02 noyabr 2019-cu il saat 08:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Ağcəbədi rayonunun Hacıbədəlli kəndində “Shacman” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılıb.

02 noyabr 2019-cu il saat 07:45-dək:

Masallı rayonunun Qızılağac kəndində ümumi sahəsi 76 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının tavanı və dam örtüyü 40 m² sahədə yanıb. 

02 noyabr 2019-cu il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xızı rayonu ərazisində “Mercedes” və “Lada” markalı iki minik avtomobili toqquşub.

01 noyabr 2019-cu il saat 22:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda "Fiat" markalı minik avtomobili yol kənarına aşıb.

01 noyabr 2019-cu il saat 18:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Goranboy rayonunda "КамАЗ" markalı yük avtomobili ilə “ВАЗ” markalı minik avtomobili toqquşub.

01 noyabr 2019-cu il saat 18:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi və Xətai rayonlarında yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması və 3 nəfərin köməksiz vəziyyətdə qalması ilə bağlı müraciət daxil olub.

01 noyabr 2019-cu il saat 14:30-dək:

Masallı rayonunun Sığıncaq kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları 40 m² sahədə və çardağına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb.

01 noyabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub...

01 noyabr 2019-cu il saat 08:45-dək:

Bakı şəhərinin Nərimanov rayonunda “Audi” və "Lada" markalı iki minik avtomobili toqquşub. Nəticədə “Audi” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr