AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

02 yanvar 2019-cu il saat 08:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda ikisi azyaşlı olmaqla 5 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

01 yanvar 2019-cu il saat 22:45-dək:

Oğuz rayonunun Ərmənət kəndində ümumi sahəsi 132 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanmışdır.

01 yanvar 2019-cu il saat 21:45-dək:

Lerik rayonunun Zenoni kəndində həyətyanı sahəyə yığılmış 10 ton ot bağlaması yanmışdır...

01 yanvar 2019-cu il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində cərəyan vurması nəticəsində ölən 1990-cı il təvəllüdlü Əlməmmədov Elvin Kamran oğlunun meyitinin damdan götürülməsi üçün müraciət daxil olmuşdur.

01 yanvar 2019-cu il saat 16:00-dək:

Samux rayonunda ümumi sahəsi 150 m² olan tikilinin (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanmışdır.

01 yanvar 2019-cu il saat 09:00-dək:

Ağcabədi rayonunun Taynaq kəndində həyətyanı sahəyə yığılmış 1,2 ton ot bağlamasının 0,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.

01 yanvar 2019-cu il saat 08:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

01 yanvar 2019-cu il saat 01:00-dək:

Samux rayonunun Qədili kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş vermişdir. Partlayış dalğasının təsirindən evin bir tərəfinin daşıyıcı divarı uçmuşdur...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr