Sumqayıt şəhərinin Corat qəsəbəsində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda tikilmiş ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanmışdır.
Quba rayonunun mərkəzində bir dam altında tikilmiş, ümumi sahəsi 60 m² olan üç mağazanın (hər mağazanın sahəsi 20 m²) yanar konstruksiyaları yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Zərdabi qəsəbəsində “VAZ” markalı minik avtomobili və “Ford” markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olmuşdur.
Şəki şəhərində ümumi sahəsi 150 m² olan 3 otaqlı evin zirzəmisində 1 ədəd məişət avadanlığı və zirzəminin taxtadan ibarət tavanı 2 m² sahədə yanmışdır.