AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

02 dekabr 2019-cu il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda altımərtəbəli inzibati binanın dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub...

02 dekabr 2019-cu il saat 11:30-dək:

Goranboy rayonunda ümumi sahəsi 80 m² olan 2 otaqlı köməkçi tikilinin bir otağının lambirindən ibarət tavanı 20 m² sahədə yanıb...

02 dekabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub...

02 dekabr 2019-cu il saat 08:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 185 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 35 m² sahədə yanıb. 

01 dekabr 2019-cu il saat 21:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

01 dekabr 2019-cu il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

01 dekabr 2019-cu il saat 20:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda “Nissan” markalı minik avtomobili yol kənarındakı dəmir maneəyə çırpılıb. 

01 dekabr 2019-cu il saat 20:30-dək:

Cəlilabad rayonunun Edişə kəndində həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb.

01 dekabr 2019-cu il saat 16:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində iki qarajın arasında sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitinin çıxarılması üçün müraciət daxil olub.

01 dekabr 2019-cu il saat 14:45-dək:

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində ümumi sahəsi 12 m² olan bir otağın yanar konstruksiyaları, ümumi sahəsi 20 m² olan digər otağın yanar konstruksiyaları 10 m² sahədə və dəhliz 20 m² sahədə yanıb.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr