Saatlı rayonunun Qarayevkənd kəndində ümumi sahəsi 220 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 220 m2 sahədə, 4 otağının və mətbəxinin yanar konstruksiyaları 140 m2 sahədə yanmışdır.
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m2 olan mağazanın yanar konstruksiyaları yanmışdır. Bitişik sex və digər obyektlər yanğından mühafizə olunmuşdur.
Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobus və “Mercedes” markalı minik avtomobili toqquşmuşdur.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır.
Ağsu rayonunda ümumi sahəsi 345 m2 olan çörək sexinin yanar konstruksiyaları 313 m2 sahədə yanmışdır. Sexin qalan hissəsi və yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunmuşdur.
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış 8 ədəd sayğac, 8 ədəd qoruyucu açar və 2 p.m elektrik kabeli yanmışdır.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz şəhərində “VAZ” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılmışdır.