30 avqust 2017-ci il saat 14:30-dək, ilkin məlumata əsasən:
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə civə tərkibli termometrin sınması nəticəsində kimyəvi maddə ətrafa dağılmışdır.
Tovuz rayonu, Ağbulaq kəndində 10 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu, Zarat kəndi ərazisində “Vaz” markalı minik avtomobili ilə “Niva” markalı minik avtomobilin...
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:31-də başa çatmışdır.
29 avqust 2017-ci il saat 16:15-dək, ilkin məlumata əsasən:
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri ərazisində qamışlıq yanır. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası tərəfindən yanğınsöndürmə işləri aparılır. Əlavə məlumat veriləcək.