30 may 2017-ci il saat 20:00-dək, ilkin məlumata əsasən:
Samux rayonunda vətəndaşa məxsus “MTZ” markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır. İkinci qoşqu və qoşquya yığılmış 3 ton ot bağlaması yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
30 may 2017-ci il saat 15:40-dək, ilkin məlumata əsasən:
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır...
30 may 2017-ci il saat 14:30-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.
30 may 2017-ci il saat 13:10-dək, ilkin məlumata əsasən:
Masallı rayonu, Rüdəkənar kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır...