Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 60 m2 olan mağazanın lambirdən ibarət tavanı, divar üzlüyü 4 m2 sahədə, geyim malları 2 m2 sahədə və kondisioner yanmışdır.
Masallı rayonunun Təklə kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə və tövlənin içərisinə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır.