02 iyul 2016-cı il saat 12:45-dək, ilkin məlumata əsasən
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.
02 iyul 2016-cı il saat 11:45-dək, ilkin məlumata əsasən
Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan dəmir konstruksiyadan ibarət köməkçi tikilinin taxta üzlüyü və yaxınlıqdakı bağ ərazisində 60 kv.m sahədə quru ot yanmışdır.
02 iyul 2016-cı il saat 10:45-dək, ilkin məlumata əsasən
Kürdəmir rayonu, Sığırlı kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 20 kv.m sahədə və çardağına yığılmış 5 ton ot bağlamasının 2 tonu yanmışdır.
02 iyul 2016-cı il saat 09:30-dək, ilkin məlumata əsasən
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonu, Kür Qarabuçaq kəndində 1 nəfər intihar məqsədi ilə özünü Kür çayına (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralıda nəzarətsiz ərazidə) atması barədə məlumat daxil olmuşdur.
02 iyul 2016-cı il saat 07:30-dək, ilkin məlumata əsasən
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonu, Kür Qarabuçaq kəndi ərazisindən keçən Kür çayında 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılmışdır....
02 iyul 2016-cı il saat 06:00-dək, ilkin məlumata əsasən
Bərdə rayonu, Şahvəlilər kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
02 iyul 2016-cı il saat 05:00-dək, ilkin məlumata əsasən
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus “QAZ” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və salon hissəsi qismən yanmışdir. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
02 iyul 2016-cı il saat 01:10-dək, ilkin məlumata əsasən
Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyü 5 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından...
02 iyul 2016-cı il saat 00:30-dək, ilkin məlumata əsasən
Yardımlı rayonu, Gendərə kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
01 iyul 2016-cı il saat 23:50-dək, ilkin məlumata əsasən
Neftçala rayonu, Xol Qaraqaşlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 234 kv.m olan talvarın yanar konstruksiyaları 198 kv.m sahədə və talvarın altına yığılmış 20 ton ot bağlamasının 2 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat...