AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

29 yanvar 2016-cı il saat 20:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. 

29 yanvar 2016-cı il saat 19:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur.

29 yanvar 2016-cı il saat 17:00-dək, ilkin məlumata əsasən:

Abşeron rayonunda “Səba” quşçuluq fabrikinin ərazisində ümumi sahəsi 2900 kv.m olan sexin yanar konstruksiyaları 2100 kv.m sahədə yanmışdır.

29 yanvar 2016-cı il saat 16:25-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır.

29 yanvar 2016-cı il saat 13:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur.

29 yanvar 2016-cı il saat 08:30-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 12 kv.m olan dəmir konstruksiyalardan ibarət qarajın içərisində “VAZ” markalı minik avtomobilinin qabaq hissəsi və salonu yanmışdır. Avtomobilin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

29 yanvar 2016-cı il saat 00:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına...

28 yanvar 2016-cı il saat 23:00-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində sahibi məlum olmayan, ümumi sahəsi 800 kv.m olan ərazidə 20 kv.m sahədə taxta qəliblər yanmışdır. Digər taxta qəliblər yanğından mühafizə olunmuşdur...

28 yanvar 2016-cı il saat 22:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və...

28 yanvar 2016-cı il saat 17:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr