11 yanvar 2016-cı il saat 03:15-dək, ilkin məlumata əsasən:
Şəmkir rayonu, Qaracəmirli kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 5 tonu yanmışdır...
10 yanvar 2016-cı il saat 23:30-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...
10 yanvar 2016-cı il saat 23:00-dək, ilkin məlumata əsasən:
Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və içərisinə yığılmış 1 ton ot bağlaması yanmışdır.
10 yanvar 2016-cı il saat 19:00-dək, ilkin məlumata əsasən:
Cəlilabad rayonu, Suluçeşmə kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan birmərtəbəli 3 otaqlı evin eyvanında tüstü bacasının ətrafı 1 kv.m sahədə yanmışdır.
10 yanvar 2016-cı il saat 16:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...
10 yanvar 2016-cı il saat 05:00-dək, ilkin məlumata əsasən:
Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus evə bitişik ümumi sahəsi 9 kv.m olan dəmirdən ibarət toyuq hininin tavanının yanar konstruksiyaları və içərisində 2 ədəd yük avtomobilinin təkərləri yanmışdır.
10 yanvar 2016-cı il saat 02:15-dək, ilkin məlumata əsasən:
Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 21 kv.m olan dəmir vaqonun pambıq şüşə üzlüyü və içərisində olan ev əşyaları yanmışdır.
09 yanvar 2016-cı il saat 22:20-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba şəhərində mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.