30 yanvar 2016-cı il saat 19:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz şəhərində fərdi yaşayış evində 1942-ci il təvəllüdlü Pənahova Gülxanım Həmid qızının bağlı qapı arxasında qalması barədə məlumat daxil olmuşdur.
30 yanvar 2016-cı il saat 17:30-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə 2 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.
30 yanvar 2016-cı il saat 17:00-dək, ilkin məlumata əsasən:
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yataq dəsti yanmış və yüksək temperaturdan lambirdən ibarət tavan 5 kv.m sahədə ərimişdir.
30 yanvar 2016-cı il saat 15:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.
30 yanvar 2016-cı il saat 11:45-dək, ilkin məlumata əsasən:
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 5 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanmışdır.
30 yanvar 2016-cı il saat 02:15-dək, ilkin məlumata əsasən:
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus dördmərtəbəli "Manqalüstü" restoranının dam örtüyündə tüstü borusunun üzərinə çəkilmiş izolyasiya 4 kv.m sahədə yanmışdır.
30 yanvar 2016-cı il saat 00:50-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1933-cü il təvəllüdlü Evqeni Seldukun bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.