AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

12 dekabr 2016-cı il saat 03:25-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Digər bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

12 dekabr 2016-cı il saat 00:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı...

11 dekabr 2016-cı il saat 21:30-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Gülməmmədli kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 m² olan talvarın yanar konstruksiyaları 20 m² sahədə və talvarın altına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur...

11 dekabr 2016-cı il saat 20:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

11 dekabr 2016-cı il saat 19:45-dək, ilkin məlumata əsasən:

Bərdə rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 21 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

11 dekabr 2016-cı il saat 19:00-dək, ilkin məlumata əsasən:

Füzuli rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamsının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

11 dekabr 2016-cı il saat 17:15-dək, ilkin məlumata əsasən:

Füzuli rayonunda vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 450 m² olan ikimərtəbəli 9 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, 2-ci mərtəbəsində 2 otağının yanar konstruksiyaları 36 m² və 1-ci mərtəbəsində 1 otağının tavanı 24 m² sahədə yanmışdır...

11 dekabr 2016-cı il saat 16:30-dək, ilkin məlumata əsasən:

İsmayıllı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 2,5 ton ot bağlamsının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur...

11 dekabr 2016-cı il saat 16:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbayıl rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar....

11 dekabr 2016-cı il saat 15:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar....

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr