01 avqust 2015-ci il saat 20:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda dənizdə (“Şıx-2” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunmuşdur. Əməliyyat saat 19:05-də başa...
01 avqust 2015-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları və ev əşyaları 40kv.m sahədə, 1 otağın tavanı 14 kv.m sahədə , 2-ci mərtəbədə 1 otağın...
01 avqust 2015-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.
01 avqust 2015-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.
01 avqust 2015-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda dənizdə (“Seyidli” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunmuşdur.
01 avqust 2015-ci il saat 08:40-dək, ilkin məlumata əsasən:
Şəmkir rayonu, Qaracəmirli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.
01 avqust 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:
Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 8 tonu yanmışdır.