02 avqust 2015-ci il saat 16:30-dək, ilkin məlumata əsasən:
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 800 m sola, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir.
02 avqust 2015-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:
Tovuz rayonu, Aşağı Quşçu kəndində (rayon mərkəzindən 5 km aralı) ümumi sahəsi 1080 kv.m olan üçmərtəbəli mansarddan ibarət obyektin 2-ci mərtəbəsinin lambirdən olan tavanı 308 kv.m sahədə, 3-cü mərtəbəsinin mansardının yanar konstruksiyaları 360 kv.m sahədə və bitişik ümumi sahəsi 312...
02 avqust 2015-ci il saat 12:45-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır...
02 avqust 2015-ci il saat 10:30-dək, ilkin məlumata əsasən:
Qusar rayonu, Əcəxur kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 160 kv.m sahədə və yaxınlıqda olan 6 ton ot bağlanasının 2,5 tonu yanmışdır.
02 avqust 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən 1600 m aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 1999-cu il təvəllüdlü Qəniyev Amil Elşən oğlunun axtarışları başa çatmışdır.
01 avqust 2015-ci il saat 23:50-dək, ilkin məlumata əsasən:
Ağcabədi rayonu, Sarıcalı kəndində vətəndaşa məxsus həyətdə ümumi sahəsi 3 kv.m olan taxta konstruksiyalardan ibarət tikilinin içərisində 3 litrlik məişət qaz balonundan sızan qaz və tikili yanmışdır.
01 avqust 2015-ci il saat 23:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1962-ci il təvəllüdlü Nəcəfov Tariyel Sabir oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur....
01 avqust 2015-ci il saat 21:30-dək, ilkin məlumata əsasən:
Qobustan rayonu, Bədəlli kəndində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan köməkçi tikilinin içərsinə yığılmış 4 ton ot bağlamasının 3 tonu yanmışdır. Köməkçi tikili və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur.
01 avqust 2015-ci il saat 21:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə batdığı ehtimal olunan bir nəfərin axtarışlarına nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır.