AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

03 avqust 2015-ci il saat 18:20-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda yaşayış binasında 350 V-luq tənzimləyici və 25 p.m elektrik kabeli yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

03 avqust 2015-ci il saat 18:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə 1 nəfər nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:25-də başa çatmışdır...

03 avqust 2015-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazidə) 1992-ci il təvəllüdlü Rəhimli Kamran İlham oğlu batmışdır...

03 avqust 2015-ci il saat 16:30-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Digah kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan  köməkçi tikilinin yanar konstruksiyaları 7 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

03 avqust 2015-ci il saat 16:15-dək, ilkin məlumata əsasən:

Şamaxı rayonunda, vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan yarımtikilinin içərisinə yığılmış 1,5 ton ot bağlamasının 1 tonu yanmışdır. Yarımtikili və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

03 avqust 2015-ci il saat 15:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır...

03 avqust 2015-ci il saat 14:30-dək, ilkin məlumata əsasən:

Quba şəhərində vətəndaşa məxsus “UAZ” markalı yük avtomobilinin yanar hissələri yanmışdır. Avtomobildə olan 4 ədəd 10 litrlik qaz balonu yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

03 avqust 2015-ci il saat 10:30-dək, ilkin məlumata əsasən:

Ağsu rayonu, Bico kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus dağlıq ərazidə 105 ha sahədə quru ot və kol-kos yanmışdır...

03 avqust 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Qobustan rayonu, Udulu kəndində (rayon mərkəzindən 60 km aralı) dağlıq ərazidə 200 ha sahədə quru ot və kol kos yanmışdır.

03 avqust 2015-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Ağstafa rayonu, Eynallı kəndində (rayon mərkəzindən 15 km aralı) bələdiyyəyə məxsus ərazidə 10 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr