AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

14 avqust 2015-ci il saat 11:30-dək, ilkin məlumata əsasən:

13.08.2015-ci il tarixində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 600 metr sola, nəzarətsiz ərazidə) 1994-cü il təvəllüdlü Abdullayev Ülvi Rauf oğlu dənizdə batması barədə məlumat daxil olmuşdur.

14 avqust 2015-ci il saat 06:00-dək, ilkin məlumata əsasən:

Salyan rayonu, Peyk kəndində "Azərişıq" ASC-yə məxsus gücü 100 kVt olan transformatorun ayırıcı açarı yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur. 

13 avqust 2015-ci il saat 23:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda fərdi yaşayış evində  termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və...

13 avqust 2015-ci il saat 23:00-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Yeni yol kəndində kənd bəllədiyyəsinə məxsus ərazidə 4 ha sahədə kol-kos yanmış və yüksək temperaturdan yaxınlıqda olan vətəndaşa məxsus ümumi sahəsi 1500 kv.m olan istilxananın polietilen örtüyü 40 kv.m sahədə ərimişdir. İstixananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın...

13 avqust 2015-ci il saat 20:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunmuşdur. Əməliyyat saat 19:02-də başa...

13 avqust 2015-ci il saat 19:30-dək, ilkin məlumata əsasən:

Masallı  rayonu, Çaxırlı kəndində vətəndaşa məxsus ümumi sahəsi   112 kv.m olan  talvarın yanar konstruksiyaları  30 kv.m sahədə və talvarın  altına  yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Talvarın, ot bağlamasının qalan hissəsi və bitişik ev yanğından mühafizə olunmuşdur.

13 avqust 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda dənizdə (“Qaradağ-1” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş.

13 avqust 2015-ci il saat 16:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, İmişli rayonu Mürsəlli kəndində su kanalında batdığı ehtimal olunan 1 nəfərin axtarışına nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır. Əlavə məlumat veriləcək.

13 avqust 2015-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Qax rayonu, Güllük kəndində vətəndaşa məxsus   ümumi sahəsi 126 kv.m olan birmərtəbəli  4 otaqlı evin yanar konstruksiyaları  və ev əşyaları yanmışdır.

13 avqust 2015-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Masallı  rayonu, Göyəçöl kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan kürsulü 5 otaqlı evin çardağının yanar konstruksiyaları 50 kv.m sahədə, 1 otağın  yanar konstruksiyaları 20 kv.m və dəhlizin tavanı 10 kv.m sahədə yanmışdır.  Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr