AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

15 avqust 2015-ci il saat 08:45-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı şəhərində süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 200 km aralı, nəzarətsiz ərazidə) 1981-ci il təvəllüdlü Əliyev Ramin Əlirza oğlu batmışdır.

15 avqust 2015-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Göyçay rayonu, Aşağı Qaraməryəm kəndində dağlıq ərazidə 50 ha sahədə quru ot və kol-kos yanmışdır. Ərazidəki ağaclar yanğından mühafizə olunmuşdur.

15 avqust 2015-ci il saat 04:00-dək, ilkin məlumata əsasən:

Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan köşkün yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar yanmışdır.

15 avqust 2015-ci il saat 03:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonununda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.

14 avqust 2015-ci il saat 21:45-dək, ilkin məlumata əsasən:

Göyçay rayonu, Çərəkə kəndində vətəndaşa məxsus ümumi sahəsi 312 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlaması yanmışdır.

14 avqust 2015-ci il saat 19:30-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 800 metr sola, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir...

14 avqust 2015-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 18 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə və ərazidə 300 kv.m sahədə quru ot yanmışdır.

14 avqust 2015-ci il saat 14:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonununda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.

14 avqust 2015-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır...

14 avqust 2015-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr