Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonunda döyüş sursatı aşkarlanmışdır. Mütəxəssislər tərəfindən istifadəyə yararlı olan 1 ədəd 122 mm-lik top mərmisi ərazidən götürülmüşdür. Əməliyyat saat 00:10-da başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.
Ucar rayonu, Boyat kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 137 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 9 kv.m sahədə yanmışdır.
Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanmışdır.
Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikimərtəbəli fitnes zalının 2-ci mərtəbəsində zalın yanar konstruksiyaları 25 kv.m sahədə yanmışdır.
Gədəbəy rayonu, Slavyanka kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır.
Ağdam rayonu, İkinci Alıbəyli qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır.
Ağsu rayonu, Məşədiqanlı kəndində (rayon mərkəzindən 7 km aralıda) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 30 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda minik avtomobili yol kənarındakı beton dirəyə çırpılmışdır.