AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

17 mart 2015-ci il saat 07:50-dək:

Bakı şəhəri, Abşeron rayonunda bir ədəd transformator yanmışdır.

16 mart 2015-ci il saat 15:55-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

16 mart 2015-ci il saat 14:00-dək:

Gədəbəy rayonu, Qarıkənd kəndində vətəndaşa məxsus yanacaqdoldurma məntəqəsində həcmi 22 ton olan yeraltı yanacaq çəninin boru xəttinə sarınmış parça 1 p.m və elektrik dirəyi yanmışdır.

16 mart 2015-ci il saat 10:15-dək:

Balakən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan papaqçı köşkünün yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanmışdır.

16 mart 2015-ci il saat 09:30-dək :

Cəlilabad şəhərində vətandaşa məxsus ümumi sahəsi 252 kv.m olan ikimərtəbəli 10 otaqlı evdə yanğınla nəticələnən partlayış baş vermişdir. Yanğın nəticəsində evin 1-ci mərtəbəsində 1 ədəd divan və döşək qismən yanmışdır. Partlayış zamanı 4 nəfər yanıq xəsarəti almışdır. Hadisə ilə əlaqədar...

16 mart 2015-ci il saat 09:00-dək :

Balakən rayonu, Qaysa kəndində vətandaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 5 otaqlı evin  yanar konstruksiyaları  108 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

16 mart 2015-ci il saat 08:00-dək :

Yevlax rayonu, Aşağı Bucaq kəndində, 2 ailəyə məxsus, taxta konstruksiyalardan ibarət ümumi sahəsi 128 kv.m olan birmərtəbəli 4 otaqlı  evin yanar konstruksiyaları yanmışdır. Evə bitişik ümumi sahəsi 80 kv.m olan ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

16 mart 2015-ci il saat 05:30-dək :

Lənkəran rayonu, Kərgalan kəndində vətandaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

15 mart 2015-ci il saat 00:00-dək :

Ucar şəhərində vətandaşa məxsus ümumi sahəsi 166 kv.m olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 93 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

15 mart 2015-ci il saat 18:30-dək :

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:09-da başa çatmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr