Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1939-cu il təvəllüdlü Talıbova Svetlana Əbdül qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır...
Goranboy rayonu Qaraçinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan bir mərtəbəli 2 otaqlı evin mətbəxdə lambirdən ibarət tavanı 18 kv.m və döşəməsi 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Pirallahı rayonu, S.Vurqun küçəsində fəaliyyət göstərməyən inzibati binanin ərasinizdə ümumi sahəsi 30 kv.m olan 2 otaqlı köməkçi tikilinin bir otağının tavanı 12 kv.m sahədə yanmışdır...
Kürdəmir rayonu, R.Rəhimov küçəsində vətəndaşa məxsus ümumi sahəsi 152 kv.m. olan birmərtəbəli 4 otaqlı evin bir otağında “CASPER” markalı kompyuter prosessoru və geyim əşyaları 2 kv.m. sahədə yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Qazax rayonu, Xanlıqlar kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır.
Tovuz rayonu, Aşırallar kəndində vətəndaşa məxsus ümumi sahəsi 270 kv.m olan kürsülü birmərtəbəli 5 otaqlı evin 1 otağında döşəmə 2 kv.m sahədə yanmışdır.
Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli binanın 13-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 133 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd soyuducu, 2 kv.m sahədə rəf yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.