AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

27 noyabr 2015-ci il saat 09:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

27 noyabr 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Şəhriyar kəndində transformatorun giriş kabelləri 2 p.m yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur.

27 noyabr 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin mətbəxində 4 kv.m sahədə plastik pəncərə çərçivəsi yanmışdır. 

27 noyabr 2015-ci il saat 06:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1956-cı il təvəllüdlü Öner Resul bağlı qapı arxasında qalmışdır.

27 noyabr 2015-ci il saat 00:00-dək, ilkin məlumata əsasən:

Yardımlı rayonu, Hamarkənd kəndində (rayon mərkəzindən 25 km aralı) meşə ərazisində 1 ha sahədə kol-kos və xəzəl yanmışdır. Meşə ərazisi yanğından mühafizə olunmuşdur.

26 noyabr 2015-ci il saat 21:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.

26 noyabr 2015-ci il saat 21:00-dək, ilkin məlumata əsasən:

İsmayıllı şəhərində vətəndaşa məxsus "Orman" kafesinin ərazisində ümumi sahəsi 20 kv.m olan taxta konstruksiyadan ibarət kotec 10 kv.m sahədə yanmışdır.

26 noyabr 2015-ci il saat 16:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda "KAMAZ" markalı yük avtomobilinin qoşqusunda yağ qalıqları 3 kv.m sahədə yanmışdır.

26 noyabr 2015-ci il saat 16:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometr sınmış,

26 noyabr 2015-ci il saat 14:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda mənzildə 1929-cu il təvəllüdlü Lavrenov Qriqoriy bağlı qapı arxasında qalmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr