AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

15 noyabr 2015-ci il saat 16:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonuda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. 

15 noyabr 2015-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümümi sahəsi 22 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanmış və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 2 kv.m sahədə ərimişdir. 

15 noyabr 2015-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

15 noyabr 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 15 kv.m olan konteyner tipli fəhlələrin soyunub-geyinmə otağında elektrik lövhəsi yanmışdır.

15 noyabr 2015-ci il saat 07:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır...

15 noyabr 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır...

15 noyabr 2015-ci il saat 01:15-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonu, Çobankol kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 45 kv.m sahədə və damına yığılmış 10 ton ot bağlamasının 3 tonu yanmışdır...

14 noyabr 2015-ci il saat 22:45-dək, ilkin məlumata əsasən:

Yevlax rayonu, Qaraməmmədli kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır...

14 noyabr 2015-ci il saat 20:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi...

14 noyabr 2015-ci il saat 15:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Bakı-Şamaxı-Qazax yolunun 126-cı kilometrliyində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş vermişdir...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr