16 noyabr 2015-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:
İmişli rayonu, Hacırüstəmli kəndində "Case" markalı pambıqyığan traktorun yanar hissələri və içərisinə yığılmış 300 kq pambıq yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.
16 noyabr 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.
16 noyabr 2015-ci il saat 11:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər yüksək gərginlikli elektrik xəttinin dəmir dirəyinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin muvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur.
16 noyabr 2015-ci il saat 10:15-dək, ilkin məlumata əsasən:
Samux rayonu, Kolayır kəndində vətəndaşa məxsus ümumi sahəsi 208 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 2 kv.m və ev əşyaları 4 kv.m sahədə yanmışdır.
16 noyabr 2015-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Quba maqistral avtomobil yolunda, "Howo" və "Shacman" markalı yük avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.
16 noyabr 2015-ci il saat 08:40-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.
16 noyabr 2015-ci il saat 08:15-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.
15 noyabr 2015-ci il saat 21:00-dək, ilkin məlumata əsasən:
Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin içərisinə yığılmış mətbəx əşyaları 10 kv.m sahədə və generator yanmışdır.