AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

11 dekabr 2015-ci il saat 06:45-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Talalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

10 dekabr 2015-ci il saat 20:30-dək, ilkin məlumata əsasən:

Tovuz rayonu, Əlimərdanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan köməkçi tikilinin cardağının yanar konstruksiyaları və içərisinə yığılmış 1 ton ot bağlamasının 400 kq-ı yanmışdır. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur...

10 dekabr 2015-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus “AzSamand” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

10 dekabr 2015-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Abışabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

10 dekabr 2015-ci il saat 12:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus “Moskviç” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

10 dekabr 2015-ci il saat 01:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

09 dekabr 2015-ci il saat 22:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

09 dekabr 2015-ci il saat 21:15-dək, ilkin məlumata əsasən:

Göyçay rayonu, Qaraməryəm kəndində vətəndaşa məxsus “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanmışdır.

09 dekabr 2015-ci il saat 16:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.

09 dekabr 2015-ci il saat 12:45-dək, ilkin məlumata əsasən:

Siyəzən rayonu, Gənclik qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan talvarın yanar konstruksiyaları, soyuducu və əşyalar 3 kv.m sahədə yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr