AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

02 avqust 2014-cü il saat 08:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 650 kv.m olan mağazanın anbarında elektrik şiti yanmışdır. 

02 avqust 2014-cü il saat 07:30-dək:

Qazax şəhərində vətəndaşa məxsus "Moskviç" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır.

02 avqust 2014-cü il saat 03:00-dək:

Füzuli rayonu, Bala Bəhmənli kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus 6 ton ot bağlamasının 2 tonu yanmışdır.

01 avqust 2014-cü il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır.

01 avqust 2014-cü il saat 18:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1930-cu il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalmışdır. 

01 avqust 2014-cü il saat 16:15-dək;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin lambirdən ibarət tavanı 13 kv.m sahədə, soyuducu və kondisioner yanmışdır.

01 avqust 2014-cü il saat 10:15-dək:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus üçmərtəbəli yaşayış binasının pilləkən qəfəsində ümumi sahəsi 7 kv.m olan köməkçi otağın içərsində ev əşyaları yanmışdır.

01 avqust 2014-cü il saat 09:15-dək:

Ağsu rayonu, Rəhimli kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşlara məxsus həyətyanı sahəyə yığılmış 21 ton ot bağlamsının 5 tonu yanmışdır.

01 avqust 2014-cü il saat 01:30-dək:

Masallı rayonu, Allahyarlı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndsaşa məxsus ümumi sahəsi 96 kv.m olan tövlənin dam örtüyü 65 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlamasının 2 tonu yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr