AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

17 avqust 2014-cü il saat 09:15-dək:

Şəmkir rayonu, Sarıtəpə kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 800 kiloqramı yanmışdır. 

17 avqust 2014-cü il saat 03:30-dək:

Ağcabədi rayonu, Şahmalılar kəndində (rayon mərkəzindən 30 km aralı) 6 ha sahədə biçilmiş taxıl sahəsi və 4 ha sahədə biçilmiş otlaq sahə yanmışdır.

16 avqust 2014-cü il saat 19:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Zağulba-1” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. 

16 avqust 2014-cü il saat 15:15-dək:

Quba rayonu, Əlibəyqışlaq kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 2 ton ot bağlaması yanmışdır.

16 avqust 2014-cü il saat 12:30-dək:

Şəki rayonu, İnçə kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 2 otaqlı aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m və 1 otağın pəncərə çərçivəsi 2 kv.m sahədə yanmışdır.

16 avqust 2014-cü il saat 10:00-dək:

Zaqatala rayonu, Muxax kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 30 kv.m olan vaqon tipli köşkün taxta üzlüyü yanmışdır.

16 avqust 2014-cü il saat 08:15-dək:

Bakı şəhəri, Səbail rayonunda 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində elektrik sayğacı yanmış...

16 avqust 2014-cü il saat 03:15-dək:

Lənkəran rayonu, Biləsər kəndində (rayon mərkəzindən 30 km aralı) meşənin dağlıq ərazisində 4 ha sahədə meşə zolağı yanmış...

16 avqust 2014-cü il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin barmağında dəmir həlqə sıxılıb qalmış...

15 avqust 2014-cü il saat 20:45-dək:

Bakı şəhəri, Sabunçu rayonunda diametri 220 mm, hər birinin uzunluğu 5 m olan 40 ədəd plastik boru və 150 kv.m sahədə quru ot yanmış...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr