AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

27 iyun 2014-cü il saat 21:20-dək:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Abşeron rayonunda 1 nəfər dənizdə (“Pirşağı” sularda xilasetmə məntəqəsindən 1200 metr aralı nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmiş və...

27 iyun 2014-cü il saat 21:00-dək:

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 5 otaqlı evin evin dam örtüyünün yanar konstruksiyaları və 1 otağın döşəməsi 35 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat...

27 iyun 2014-cü il saat 20:15-dək:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər dənizdə (“Türkan” sularda xilasetmə postun ərazisində) batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilmişdir....

27 iyun 2014-cü il saat 19:00-dək:

Masallı rayonu  Şərəfə kəndi (rayon mərkəzindən 4 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi və vətəndaşa məxsus məxsus ümumi sahəsi  40 kv.m olan vaqonun taxta üzlüyü yanmışdır. Vaqonun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:00-da...

27 iyun 2014-cü il saat 18:20-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki,...

27 iyun 2014-cü il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər dənizdə (“Nardaran”-1 sularda xilasetmə postundan, təxminən, 1200 m məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas...

27 iyun 2014-cü il saat 16:10-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağstafa rayonu Köçəsgər kəndində (rayon mərkəzindən20 km aralı) vətəndaşa məxsus "KLASS" markalı kombaynın mühərrik hissəsi yanmışdır. Yanğından konmaynın qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 14:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

27 iyun 2014-cü il saat 15:10-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1939 -cu il təvəllüdlü Qasımov Əlibala Şahbala oğlu Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb...

27 iyun 2014-cü il saat 14:30-dək:

Göyçay rayonu, Yeniarx kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4  otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.  

27 iyun 2014-cü il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda Hövsan qəsəbəsi ərazisində 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 11:54-də başa çatmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr