AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

02 iyun 2014-cü il saat 23:15-dək:

Goranboy rayonu, Fəxralı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 1 tonu yanmışdır. 

02 iyun 2014-cü il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Səbail rayonu, Bakı-Salyan yolu üzərində  quraşdırılmış yerüstü piyada keçidinin çökməsi nəticəsində “Mercedes” markalı yük avtomobili dağıntılar altında qalaraq ağır deformasiyaya uğramışdır.

02 iyun 2014-cü il saat 18:30-dək:

Ağdaş rayonu, Qaradağlı kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. 

02 iyun 2014-cü il saat 18:00-dək:

Lənkəran rayonu, Şiləvar kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 35 kv.m və içərisinə yığılmış 1,6 ton ot bağlamasının 1 tonu yanmışdır. 

02 iyun 2014-cü il saat 16:10-dək:

Beyləqan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. 

02 iyun 2014-cü il saat 13:20-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır.

02 iyun 2014-cü il saat 09:15-dək:

Şamaxı rayonu, Keçməddin kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 18 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. 

02 iyun 2014-cü il saat 08:00-dək:

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Digah kəndində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 4 nəfər vətəndaş mənzildə köməksiz vəziyyətdə qalmışdır.

02 iyun 2014-cü il saat 04:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 2 nəfər köməksiz vəziyyətdə qalmışdır.

02 iyun 2014-cü il saat 02:15-dək:

Ağstafa rayonu, Saloğlu kəndində bələdiyyəyə məxsus ərazidə 8 ha sahədə quru ot və kol-kos yanmışdır. 

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr