AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

05 iyun 2014-cü il saat 20:45-dək:

05 iyun 2014-cü il tarixində Kür çayının Salyan rayonu, Pambıqkənd kəndi ərazisindən keçən hissəsində batmış 1997-ci il təvəllüdlü Amil Baxış oğlu Baxışovun axtarışları başa çatmışdır.

05 iyun 2014-cü il saat 17:30-dək:

Salyan rayonu, Kür çayının Pambıqkənd kəndi ərazisindən keçən hissəsində 1 nəfər  batmışdır. 

05 iyun 2014-cü il saat 16:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır... 

05 iyun 2014-cü il saat 08:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda Mənzil Komunal Təsərrüfat Birliyinin məxsus qarajda "Super Maz" markalı yük avtomobilinin yanar hissələri və yaxınlıqda dayanmış digər "Super Maz" markalı yük avtomobilinin 4 ədəd təkəri yanmışdır...

05 iyun 2014-cü il saat 01:00-dək:

Sumqayıt şəhərində sahibi məlum olmayan, ümumi sahəsi 288 kv.m olan (hər mərtəbəsi 144 kv.m) ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 4 kv.m sahədə yanmışdır...

04 iyun 2014-cü il saat 19:30-dək:

Qax rayonu, Qax-Şəki yolunun 3-cü klometirliyində vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobilinin kabina hissəsi və 5 ədəd qabaq təkərləri yanmışdır...

04 iyun 2014-cü il saat 14:00-dək:

Şabran rayonu, Qorğan kəndində (rayon mərkəzindən 32 km aralı) vətəndaşa məxsus "Zil" markalı yük avtomobilinin banının taxta konstruksiyaları və banına yığılmış 1,5 ton ot bağlamasının 1 tonu yanmışdır...

04 iyun 2014-cü il saat 13:00-dək:

Bakı şəhəri, Səbail rayonunda avtomobil dayanacağında dayanmış "Fiat" markalı minik avtomobilinin yanar hissələri, vətəndaşa məxsus "Vaz" markalı minik avtomobilinin salonu və 2 ədəd arxa təkərləri, "Kia" markalı minik avtomobilinin 2 ədəd sağ qapısı və "Mercedes" markalı minik avtomobilinin sağ tərəfi...

04 iyun 2014-cü il saat 09:00-dək:

Hacıqabul rayonu, Meyniman kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları yanmışdır.

04 iyun 2014-cü il saat 05:45-dək:

Xaçmaz rayonunda vətəndaşa məxsus  ümumi sahəsi 20 kv.m olan 1 mərtəbəli 2 otaqlı evin taxta konstruksiyadan ibarət tavanı 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr