Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonu, Yevlax-Bərdə yolunda “SHACMAN” və “İSUZİ” markalı iki yük avtomobili toqquşmuşdur.
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 190 kv.m sahədə yanmışdır.
Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılaraq yanğınla nəticələnən yol-nəqliyyat qəza hadisəsi baş vermişdir.
Bakı şəhəri, Nərimanov rayonunda avtomobil təmiri sexinin ərazisində ümumi sahəsi 5 kv.m olan gözətçi köşkünün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
İmişli rayonu, Yalavac kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 490 kv.m olan birmərtəbəli ərzaq mağazasının taxtadan ibarət tavanı 12 kv.m sahədə yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Ağcabədi rayonu, Çıraqlı kəndində vətəndaşa məxsus qamışdan ibarət ümumi sahəsi 160 kv.m olan tövlənin yanar konstruksiyaları 100 kv.m və dama yığılmış 9 ton ot bağlamasından 8 tonu yanmışdır...
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Sumqayıt magistral avtomobil yolunun 29-cu kilometrliyində döyüş sursatları aşkarlanmışdır...