AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

01 may 2014-cü il saat 15:00-dək:

Ağstafa şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan kafenin lambirdən ibarət tavanı və qamışdan ibarət çardağı 6 kv.m sahədə yanmışdır.

01 may 2014-cü il saat 13:15-dək:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 7 otaqlı evin 5 otağının yanar konstruksiyaları və dam örtüyü 100 kv.m sahədə yanmışdır. 

01 may 2014-cü il saat 12:40-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində, 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışlar.

01 may 2014-cü il saat 08:15-dək:

Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 25 kv.m olan taxtadan ibarət tikilinin dam örtüyü 5 kv.m sahədə yanmışdır.

01 may 2014-cü il saat 00:15-dək:

Saatlı rayonu, Qara Nuru kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin tavanı və dam örtüyü 30 kv.m sahədə yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr