AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

18 sentyabr 2013-cü il saat 08:15-dək:

Kürdəmir rayonu, Çərtəyəz kəndində (rayon mərkəzindən 25 km aralı) transformatorun yağı və sarğıları yanmışdır.

18 sentyabr 2013-cü il saat 03:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda “Opel” və “BMW” markalı 2 minik avtomobili toqquşmuşdur. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum...

17 sentyabr 2013-cü il saat 23:30-dək:

Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər kişi intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə məlumat daxil olmuşdur. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs özünü...

18 sentyabr 2013-cü il saat 01:35-dək:

Sabirabad rayonu, Kürkəndi kəndində 1984-cü il təvəllüdlü Novruzov Samir Sabir oğluna məxsus "Nissan" markalı minik avtomobili sahibi məlum olmayan digər vətəndaşa məxsus "Tofaş" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol qəza hadisəsi baş vermişdir.

17 sentyabr 2013-cü il saat 18:50-dək:

Astara şəhərində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının və dam ortüyü 20 kv.m sahədə yanmışdır. 

17 sentyabr 2013-cü il saat 12:50-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər qadın köməksiz vəziyyətdə qalmışdır.

17 sentyabr 2013-cü il saat 12:15-dək:

Neftçala rayonu, Bankə qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan tövlənin tavanının yanar konstruksiayları 2 kv.m sahədə yanmışdır. 

17 sentyabr 2013-cü il saat 10:15-dək:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 17 Sentyabr 2013-cü il tarixində saat 09:09-da Zaqatala rayonundan 83 km Şimal-Qərbdə, Gürcüstan Respublikasının ərazisində zəlzələ qeydə alınmışdır. Episentrdə zəlzələ 5,8...

17 sentyabr 2013-cü il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Mirzə Məmməd kəndində “Audi” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı su  hovuzuna  düşmüşdür.

17 sentyabr 2013-cü il saat 06:20-dək:

Xaçmaz rayonu, Fərzəlioba kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yıığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr