İsmayıllı rayonu, Mican kəndində vətəndaşa məxsus evə bitişik tikilmiş ümumi sahəsi 32 kv.m olan talvarın altına yığılmış 2,7 ton ot bağlamasının 1,7 tonu yanmışdır.
Xaçmaz rayonu, Qımılqışlaq kəndində 1968-ci il təvəllüdlü Xankişiyev Şakir Balaəhməd oğluna məxsus "FORD" markalı mikroavtobus ağaca çırpılması nəticəsində yanğın baş vermişdir.
Sabirabad rayonu, Muğan Gəncəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan təsərrüfat malları mağazasının yanar konstruksiyaları və içərisindəki malları yanmışdır...
Ucar rayonu, Küçəkənd kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 55 kv.m sahədə və çardağına yığılmış 1,5 ton ot bağlamasının 1 tonu yanmışdır...
Qax şəhərində 2 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanmışdır...
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmış...