AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 avqust 2013-cü il saat 10:00-dək:

Sabirabad rayonu Qaragüney kəndində vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m.olan üçotaqlı evin 1 otağında 10 kv.m sahədə ev əşyaları yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

30 avqust 2013-cü il saat 09:00-dək:

Oğuz şəhərində vətəndaşa məxsus "Chevrolet" markalı minik avtomobilinin yanar hissələri yanmışdır.

30 avqust 2013-cü il saat 05:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonu, Aran qəsəbəsində Shacman” və “Ford” markalı 2 yük avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə... 

29 avqust 2013-cü il saat 23:10-dək:

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 2 tonu yanmışdır...

29 avqust 2013-cü il saat 17:17-dək:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan dönərxananın lambirdən ibarət tavanı 20 kv.m sahədə yanmışdır...

29 avqust 2013-cü il saat 16:10-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Abşeron rayonunda dənizdə (“Novxanı” sularda xilasetmə məntəqəsindən, təxminən, 800 m solda, nəzarət olunmayan ərazidə) 1 nəfər batma təhlükəsi ilə üzləşmişdir.

29 avqust 2013-cü il saat 08:00-dək:

Abşeron rayonu, Saray qəsəbəsində , vətəndaşa məxsus  "ZİL" markalı, yük avtomobili  və digər sürücüyə məxsus "Mercedes" markalı, minik avtomobilinin toqquşması nəticəsində...

29 avqust 2013-cü il saat 01:05-dək:

Xızı rayonu, Şuraabad kəndində (rayon mərkəzindən 42 km aralı) kənd...

28 avqust 2013-cü il saat 23:00-dək:

Ağsu rayonu, Qaraqaşlı kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan talvarın yanar konstruksiyaları 68 kv.m sahədə və altına yığılmış 7,5 ton ot bağlamasından...

28 avqust 2013-cü il saat 21:20-dək:

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda dənizdə (“Şıx-1” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 20:12-də başa çatmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr