AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

17 avqust 2013-cü il saat 16:55-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Durca kəndində çətinkeçilən dağlıq ərazidə 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə rayonuna cəlb olunmuşdur. Vətəndaşlar Şimal-qərb Regional Mərkəzinin xilasediciləri tərəfindən...

17 avqust 2013-cü il saat 16:20-dək:

17 avqust 2013-cü il tarixində Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən 130 km aralıda nəzarətsiz ərazidə) batmış 1995-ci il təvəllüdlü Cavid Nüsrət oğlu Şahmuradov axtarışları başa çatmışdır...

17 avqust 2013-cü il saat 15:30-dək:

17 avqust 2013-cü il tarixində Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisindəki Ləki kanalında (ən yaxın sularda xilasetmə məntəqəsindən 70 km aralıda nəzarətsiz ərazidə) batmış 1998-cı il təvəllüdlü Rəşad Azər oğlu Bəbişovun axtarışları başa çatmışdır...

17 avqust 2013-cü il saat 13:35-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Kür çayının Samux rayonu ərazisindən keçən hissəsinə və Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisindəki Ləki kanalına 2 nəfər düşmüşdür. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur.

17 avqust 2013-cü il saat 12:55-dək:

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə (“Hövsan” sularda xilasetmə postundan, təxminən, 600 m məsafədə, nəzarət olunmayan ərazidə) 1 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat...

17 avqust 2013-cü il saat 08:00-dək:

Bakı şəhəri, Qaradağ rayonunda  ümumi sahəsi 300 kv.m olan bir mərtəbəli inzibati binanın lambirdən ibarət tavan hissəsi 30 kv.m sahədə yanmışdır. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur...

17 avqust 2013-cü il saat 00:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Oğuz rayonunda "Hyundai" markalı minik avtomobili və "KAMAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur...

16 avqust 2013-cü il saat 21:45-dək:

Masallı rayonu, Sərçuvar kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 154 kv.m olan birmərtəbəli 3 otaqlı kürsülü evin yanar konstruksiyaları 124 kv.m.sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik ümumi sahəsi 80 kv.m olan ev yanğından mühafizə olunmuşdur....

16 avqust 2013-cü il saat 20:45-dək:

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində dənizdə (“Sumqayıt” sularda xilasetmə məntəqəsinin ərazisində) 2 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Vətəndaşlar dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 19:00-da başa çatmışdır...

16 avqust 2013-cü il saat 20:30-dək:

Ağstafa rayonu, Köçvəlili kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ümumi çəkisi 15 ton ot bağlamasının 3 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı  tövlə  mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr