AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

18 avqust 2013-cü il saat 18:00-dək:

Bakı şəhəri, Xəzər rayonunda (“Zuğulba-1” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.

18 avqust 2013-cü il saat 14:30-dək:

Ağsu rayonu, İlxacı kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış  5.5 ton ot bağlamasıının  2.7 tonu  yanmışdır.

18 avqust 2013-cü il saat 11:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 37-ci km-də “VAZ” markalı minik avtomobili və “FORD” markalı yük avtomobili toqquşmuşdur.

18 avqust 2013-cü il saat 08:30-dək:

Gəncə şəhərində ümumi sahəsi 700 kv.m olan bir mərtəbəli mağaza binasında vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan ətir mağazasının yanar konstruksiyaları və içərisindəki ətriyyat malları, vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan pərdə mağazanın lambirdən ibarət tavanı və içərisindəki...

18 avqust 2013-cü il saat 04:40-dək:

Abşeron rayonu,  Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 128  kv.m (hər mərtəbəsi 64 kv.m) olan tikintisi başa çatmamış 2 mərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 64 kv.m sahədə yanmışdır...

18 avqust 2013-cü il saat 03:50-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər...

18 avqust 2013-cü il saat 01:30-dək:

Beyləqan rayonu, Birinci Aşıqlı kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaş tərəfindən idarə olunan kombaynın mühərriki və arxa təkərləri yanmışdır. Kombaynın qalan hissəsi yanğından mühafizə olunmuşdur...

17 avqust 2013-cü il saat 22:00-dək:

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhərinin müxtəlif rayonlarında dənizdə (“Bilgəh” ,“Zuğulba-1”  və “Hövsan” sularda xilasetmə postlarının ərazisində) ümumilikdə 6 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Vətəndaşlar dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşlar. 

17 avqust 2013-cü il saat 21:05-dək:

Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində (rayon mərkəzindən 13 km aralı) kənd bələdiyyəsinə məxsus qəbirsanlığın ərazisinə yığılmış 7,5 ton ot  tayasının 1 tonu yanmışdır...

17 avqust 2013-cü il saat 18:20-dək:

Şirvan şəhərində İstirahət parkının ərazisində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan çadırdan quraşdırılmış səyyar çayxana yanmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr