Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1933-cü il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır.
Saatlı rayonu, Məzrəli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton olan ot bağlamasının 1 tonu yanmışdır.
Şəmkir rayonu, Zəyəm qəsəbəsində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 50 kv.m sahədə və içərisinə yığılmış 5 ton ot bağlamasının 2 tonu yanmışdır.
Beyləqan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 228 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 137 kv.m sahədə və ümumi sahəsi 176 kv.m olan 3 otağın 39 kv.m sahəsi yanmışdır.
Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 2 otaq və aynabənddən ibarət olan evin 1 otağının və aynabəndinin yanar konstruksiyaları 36 kv.m sahədə yanmışdır.
Şəki rayonu, Baş Zəyzid kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin dam ortüyünün yanar konstruksiyaları, damına yığılmış 3,5 ton ot bağlaması yanmış və 1 baş iri buynuzlu heyvan tüstüdən boğularaq tələf olmuşdur.