AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

27 noyabr 2013-cü il saat 18:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır...

27 noyabr 2013-cü il saat 17:30-dək:

Qaradağ rayonunda vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobilinin qoşqusuna yığılmış mazuta bulaşmış dəmir qırıntıları 11 kv.m sahədə yanmışdır...

27 noyabr 2013-cü il saat 14:50-dək:

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 1 mərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və əşyaları 10 kv.m sahədə yanmışdır...

27 noyabr 2013-cü il saat 08:35-dək:

Samux rayonu, Hacallı kəndində vətəndaşa məxsus "UAZ" markalı, yük avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

27 noyabr 2013-cü il saat 02:50-dək:

Ağcabədi rayonu, Aran kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus çayxana və digər vətəndaşa məxsus 24 kv.m təsərrüfat malları mağazasının yanar konstruksiyaları (ümumi 120 kv.m) yanmışdır...

26 noyabr 2013-cü il saat 18:50-dək:

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1200 kv.m olan fermanın çardağı 100 kv.m sahədə və fermanın içərisinə yığılmış 800 kq ot bağlaması yanmışdır.

26 noyabr 2013-cü il saat 18:25-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "Audi" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. 

26 noyabr 2013-cü il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır.

26 noyabr 2013-cü il saat 15:10-dək:

Tovuz rayonu, Qovlar şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu yanmışdır.

26 noyabr 2013-cü il saat 13:50-dək:

Yevlax rayonu, Yuxari Qarxun kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan tövlənin yanar konstruksiyaları 50 kv.m sahədə və tövlənin içərisinə yığılmış 5 ton ot bağlamasının 2 tonu yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr