AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

18 Oktyabr 2013-cü il saat 20:25-dək:

Bərdə rayonu, Məşədiibişli kəndin (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan qarğıdan ibarət köməkçi tikilinin yanar konstruksiyaları və 15 ton ot bağlamasının 10 tonu yanmışdır. Ot bağlamasının  qalan hissəsi və yaxınlıqda olan tövlə yanğından mühafizə...

18 Oktyabr 2013-cü il saat 18:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunda “Kamaz” markalı yük avtomobili ilə motosiklet toqquşmuşdur. Nəticədə nəqliyyat vasitələri deformasiyaya uğramış, motosikletin sürücüsü - 1968-ci il təvəllüdlü Miriyev Seyran Aslan  oğlu hadisə yerində vəfat etmişdir...

18 Oktyabr 2013-cü il saat 17:30-dək:

Şəmkir şəhərində vətəndaşa məxsus  ümumi sahəsi 80 kv m. olan birmərtəbəli 2 otaqlı evə bitişik tikilmiş taxta konstruksiyalardan ibarət köməkçi tikili 8 kv m. sahədə yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

18 Oktyabr 2013-cü il saat 16:55-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda, Dənizkənarı Milli Parkın ərazisində 1nəfər intihar məqsədi ilə özünü dənizə atmışdır. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat...

18 Oktyabr 2013-cü il saat 14:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1 nəfərin Yuxarı şirvan kanalının Göyçay rayonunun, Potu kəndi ərazisindən keçən hissəsində kanalda batdığı...

18 Oktyabr 2013-cü il saat 14:00-dək:

Sabirabad rayonu, Zəngənə kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan kürsülü birmərtəbəli 4 otaq və  aynabənddən...

18 Oktyabr 2013-cü il saat 12:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1924-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri...

18 Oktyabr 2013-cü il saat 11:45-dək:

Ağcabədi rayonu, Rəncbərlər kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m  olan un dəyirmanına bitişik tikilmiş ümumi sahəsi 20 kv.m...

18 Oktyabr 2013-cü il saat 03:40-dək:

Gədəbəy rayonu, Düzyurd kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 1 tonu yanmışdır. 

17 Oktyabr 2013-cü il saat 21:25-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda (Bakı-Qazax magistral avtomobil yolunun 85-ci kilometrliyində) “Honda” markalı minik avtomobili və “Ford” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə avtomobillər ağır deformasiyaya uğramışdır. 

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr