15 Oktyabr 2013-cü il saat 12:45-dək,ilkin məlumata əsasən:
Sabirabad rayonu, Cavad kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanmışdır...
15 Oktyabr 2013-cü il saat 02:25-dək, ilkin məlumata əsasən:
Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus məxsus şüşə istehsalı zavodunun şuşə əritmə sexində qurğunun ətrafına 6 kv.m sahəyə ərimiş şüşə maye dağılmışdır.
14 Oktyabr 2013-cü il saat 22:30-dək, ilkin məlumata əsasən:
Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və salonunda 1 ədəd oturacaq qismən yanmışdır.
14 Oktyabr 2013-cü il saat 19:40-dək,ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər xəstə olduğu üçün mənzildə köməksiz vəziyyətdə qalmışdır.
14 Oktyabr 2013-cü il saat 19:30-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonunda vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobili digər vətəndaşa məxsus həmin markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir.
14 Oktyabr 2013-cü il saat 18:00-dək,ilkin məlumata əsasən:
Biləsuvar rayonu, Səmədabad kəndində Pambıq emalı zavodunun ərazisində ümumi sahəsi 840 kv.m olan talvarın altına yığılmış 25 ton pambıq xammal bağlamalarının 3 tonu yanmışdır.